Ekopublika.az
Dünya Bankı 2015-ci ilin neft proqnozunu artırıb
Dünya Bankı (DB) 2015-ci ildə orta illik neftin qiymətini 1 barelə görə 57 dollar səviyyəsində proqnozlaşdırır. Bu barədə bankın saytında dərc edilmiş "Xammallar üzrə qiymətlərin proqnozu" adlı hesabatda deyilir.
DB-nin aprel ayı üzrə proqnozunda bu göstərici 53 dollar təşkil edib.
Hesabatda deyilir ki, 2015-ci ilin lI rübündə enerjidaşıyıcıların qiymətinin 12 faiz artımı ilə əlaqədar proqnoza yenidən baxılıb.
Bununla belə, neftin qiymətlərinin artmasına rəğmən, ll rübdə digər xammalların qiymətləri aşağı düşüb. Belə ki, qaz 13 faiz, kömür isə 4 faiz ucuzlaşıb.
Bank, eyni zamanda, 2014-cü illə müqayisədə enerjidaşıyıcıların qiymətinin 39 faiz azalacağını gözləyir.
DB-nin aparıcı iqtisadçısı Con Baffes hesabatda bildirib ki, II rübdə neftə tələbat gözləntiləri üstələyib: "Buna baxmayaraq, OPEK ölkələrində böyük neft ehtiyatları və hasilatın artması yaxın vaxtlarda neftin qiymətinin yüksək olmamasına gətirib çıxaracaq".
Həmçinin qeyd edilir ki, İrana qarşı sanksiyaların ləğv edilməsi neftin qiymətinin azalmasına təsir edə bilər.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO