Neftin qiyməti 45 dollara düşdü
Bizi izləyin

Ekopublika.az

Neftin qiyməti 45 dollara düşdü

Dünya birjalarında neftin qiyməti yenidən aşağı düşüb.

Publika.az xəbər verir ki, ötən gün ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 3,75% azalaraq 49,84 dollar olub.

Brent markalı neftin qiyməti də bu il ilk dəfə olaraq 50 dollardan aşağı düşüb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,72% azalaraq 45,84 dollar təşkil edib.

Neftin qiymətinin ucuzlaşmasının səbəbləri kimi Çin iqtisadiyyatında yaşanan problemlər və yaxın zamanlarda İranın neft bazarına daxil olması ehtimalı göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm