Ekopublika.az
SOCAR: "Partlayış Azərbaycana zərər vurmayıb"
Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin Türkiyədən keçən hissəsində baş verən partlayışın səbəbləri araşdırılır.
Bunu ARDNŞ-in ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin
rəhbəri Nizaməddin Quliyev deyib. Onun sözlərinə görə, baş vermiş
partlayış Azərbaycan tərəfinə zərər vurmayıb. “Qaz kəmərinin
partlayışın baş verdiyi hissəsinin mühafizə işini Türkiyə tərəfi,
Botaş şirkəti həyata keçirir. Botaş şirkəti ilə daimi əlaqələrimiz
var.
Qeyd edim ki, xoşbəxtlikdən, qrafikə uyğun olaraq cari təmir
işləri ilə əlaqədar dünən axşamdan, yəni partlayış baş verməmişdən
8-9 saat əvvəldən Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyəyə qədər
olan hissəsinə qaz verilməyib. Buna görə də Azərbaycan tərəfinə
ziyan dəyməyib. Hazırda partlayışın səbəbləri araşdırılır. Bununla
bağlı əlavə məlumat olanda bu barədə ətraflı xəbər veriləcək”, -
deyə N.Quliyev vurğulayıb.
Xatırladaq ki, Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin
Türkiyənin Qars vilayətindən keçən hissəsində partlayış baş verib.
Qars valisi Günay Özdəmir hadisə ilə bağlı araşdırmaların davam
etdiyini, bölgəyə mavi yanacaq nəqlinin dayandırıldığını bildirib.
Onun sözlərinə görə, hadisə Sarıqamış rayonunda qeydə alınıb. Meşə
sahəsində baş verən partlayışın səbəbi araşdırılır.
Yanğının meşəyə keçməsinin qarşısı alınıb. Şahidlərin bildirdiyinə görə, partlayışın səsi 20 km uzaqlıqdan eşidilib.(APA)
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq