Ekopublika.az
Böhran Dubaya da çatdı
Orta Şərq fond birjalarında kəskin azalma müşahidə olunur. Bu, əsas qlobal səhmlər indeksləri üçün çətin həftənin sonuna təsadüf edir.
Publika.az BBC-yə istinadən xəbər verir ki, Dubay Maliyyə Bazarı günün sonunda 7 faiz aşağı düşüb; Fitch reytinq agentliyi ölkə üçün proqnozunu azaldandan sonra Səudiyyə fond birjası da dəyərinin 7 faizini itirib.
Ötən həftə ABŞ-ın Dow Jones indeksi altı faiz düşmüşdü, London birjasınının FTSE 100 indeksi 5 faiz aşağı düşərək bu həftəni ilin ən aşağı göstəricilərilə başa vurub.
İnvestorlar Çində istehsalatın zəifləməsilə yanaşı, bunun qlobal iqtisadiyyata təsirlərindən narahatdır.
Ötən həftə Fransanın Cac 40 və Almaniyanın Dax indeksləri dəyərlərinin 7 faizini itirib.
Orta Şərqdə neftin qiymətinin aşağı olması ilə bağlı narahatlıqlar artır. Bu il ərzində neftin dəyəri yarısından çoxunu itirib və maydan bəri qiymətlər azalmaqda davam edir. May ayında Brent markalı neftin qiyməti 68 dollar idi, bu gün isə bareli 45 dollardır.
Bu, əsasən təchizatın bolluğu ilə bağlıdır. ABŞ-ın şist nefti istehsalçıları, OPEC-in qlobal neft bazarlarındakı rolunu zəiflədir. Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri hamısı neft ixrac edən ölkələr birliyi olan OPEC-ə üzvdürlər.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!