Azərbaycan Rusiyaya ət və süd məhsulları ixrac edəcək
Bizi izləyin

Digər

Azərbaycan Rusiyaya ət və süd məhsulları ixrac edəcək

Azərbaycanın istehsalı olan ət və süd məhsulları Rusiyaya ixrac olunacaq.

Publika.az xəbər verir ki, bununla bağlı Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşları Azərbaycana səfər edib. Sahibkarlıq subyektlərinə baxış keçirərək qiymətləndirmə aparılıb.

Artıq ət və süd məhsulları istehsal edən 7 Azərbaycan müəssisəsi Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən reyestrə daxil edilib. Bu isə həmin müəssisələrə istehsal etdikləri məhsulları Rusiya Federasiyasına ixrac etmək imkanı yaradır. Digər yerli müəssisələrin də reyestrə daxil edilməsi istiqamətində işlər davam etdirilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm