Evlərin qiyməti niyə düşmür?
Bizi izləyin

Ekopublika.az

Evlərin qiyməti niyə düşmür?

Son 1 ildə mənzillərin qiymətinin manat ifadədə eyni səviyyədə qalması və dollar ifadəsində orta hesabla 25% düşməsi birmənalı qarşılanmır. Bu sözsüz ki orta göstəricilərdi. Belə çıxır ki, əgər evlərin yarısının qiyməti son 1 ildə manatla düşübsə, deməli qalan yarısının qiyməti artıb.

Bazarı şərh edən Value and Sources konsaltinq şirkətinin eksperti Rəşad Əliyev Publika.az-a deyib ki, bütün bunlar bazarın aşağı likvidlik səviyyəsində baş verir: “Likvidliyin bərpa olunması bazarda qiymət artımına səbəb ola bilər. Bazarda bu qədər durğunluq və pessimist mühüt olan şəraitdə qiymət azalması nəyə görə şəraitə adekvat olmadı? Son 1 ildə ucuz mənzillərin qiyməti dollar ifadəsində 30-35% intervalında azalmalı idi”.

Ekspert deyir ki, gəlirlər azalsa da, sərbəst kapital manat ifadəsində artıb: “Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi bazara ancaq dolayı yolla təsir edib. Onsuzda 600-700 manat aylıq gəliri olan insanın ipotekadan istifadə etməməklə Bakıda ev almaq imkanı məhduddur: “Əgər bu hər hansısa Avropa ölkəsi olsaydı, bu halda demək olardı kı, gəlirlər aşağı düşdüyündən ipoteka kreditlərinin ödənişi ilə bağlı problemlər yaranır, bu isə bazarda əmlaka tələbatı azaldıb. Mövcud şərait nağd pulla ev almaq imkanı olan az sayda insanların gəlirlərinə mənfi təsir göstərib. Buna baxmayaraq devalvasiyadan əvvəl əhalinin sərəncamında olan əllərdəki və banklardakı pul vəsaitlərinin əksəriyyəti dollarla olub. 33% devalvasiya nəticəsində sərəncamda olan pul vəsaitləri manat ifadəsində artıb. Buna görə də daşınmaz əmlak bazarına potensial (faktiki olaraq yox) olaraq yönəldilə bilən vəsaitlər artıb. Ancaq buna baxmayaraq, həmin vəsaitlər kütləvi sürətdə bazara yönəldilməyib”.

R.Əliyevin sözlərinə görə, bankların ümumi vəziyyəti ilə bağlı narahatçılıqlar mənzil bazarına dəstək göstərir: “Belə ki, əhalinin sərəncamında əsasən 2 investisiya aləti var- depozit və daşınmaz əmlak. Depozitlərə etibarın azalması vəsaitləri əmlaka yönəldilməsinə səbəb ola bilər”.

Məlum olur ki, qiymətlərin enməsi 1 il əvvəldən başlayıb. Həmin dövrün əvvəllərində çoxlu sayda mülkiyyətçilər ciddi qiymət enməsinin gözlənildiyi üçün istifadəsiz əmlakları satırdılar. Bu həmin dövrdə doğru seçim idi. Hazırda bu cür satıcılar çox deyil: “Tikinti sektoru böhrana ən həssas sahə sayılır. Bu dövrlərdə alıcılar tikintisi başlayan və tikilməkdə olan binalardan ev almaqdan çəkinirlər. Bu təbiidir, çünki belə dövrlərdə binanın tikintisinin başa çatmaması riskləri artır. Bu səbəbdəndə alıcılar hazır binalardan və ya təkrar bazardan ev almağa üstünlük verirlər”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm