Bu banklarda ipoteka aktiv deyil – ÖZƏL
Bizi izləyin

Digər

Bu banklarda ipoteka aktiv deyil – ÖZƏL

“Azərbaycan Beynəlxalq Bankı” adi və sosial ipoteka kreditlərinin verilişini dayandırıb.

Publika.az xəbər verir ki, daha 13 bankda adi ipoteka krediti aktiv deyil. Güzəştli şərtlərlə ipoteka proqramına gəlincə, banklar sosial ipotekanı dayandırıblar. Bundan əlavə “Bank Respublika" ASC güzəştli ipoteka krediti üzrə ilkin ödəniş kimi 50 faiz, "Muğanbank" ASC 40 faiz, "Express Bank" ASC 40 faiz, "AtaBank" ASC 40 faiz ödəniş tələb edir.

Onu da bildirək ki, ilkin ödəniş borcalanın yaşayış sahəsinin alınmasına yönəldilən şəxsi vəsaitidir. İlkin ödəniş məbləği ümumi şərtlərlə verilən ipoteka kreditləri üzrə 20 faizdən, güzəştli ipoteka kreditləri üzrə isə 15 faizdən az olmamalıdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm