Azərbaycanda 7 bank bağlanacaq
Bizi izləyin

Banklar

Azərbaycanda 7 bank bağlanacaq

Ölkədə 7 bank ləğvetmə prosesindədir. Hansı ki, ilin 2-ci rübündə belə bankların sayı 5 idi.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, 5 bank zərərlə işləyib. İlin birinci rübündə bank sektorunun cəmi zərəri 4,037 milyon manat olub.

Mərkəzi Bankın III rübün nəticələrinə həsr olunan statistikasına görə, hazırda Azərbaycanda 43 bank fəaliyyət göstərir. Onlardan 2-si dövlət bankı, 41-i isə özəldir.

Xarici kapitallı bankların sayında da azalma baş verib. Belə ki, II rübün yekunlarına görə, xarici kapitallı bankların sayı 23 idisə, hazırda bu cür bankların sayı 22-yə enib.

Onu da qeyd edək ki, hazırda iki xarici bankın ölkədə yerli filialı var. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı isə 11-dir. İlin əvvəlindən heç bir banka lisenziya verilməyib. Əvəzində 2 bankın lisenziyası ləğv edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm