Müsahibə
Rusiyanın Gürcüstana qaz verməsi nağıldır - MÜSAHİBƏ
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevin Gürcüstana səfərindən sonra Mir Şahin Ağayevə geniş müsahibə
verib.
Publika.az ANS PRESS-ə istinadən həmin
müsahibəni təqdim edir:
- Rövnəq müəllim, harasa hazırlaşırsız. Hara
gedirsiz?
- Misirə uçuruq. Biz artıq 4 ildir ki, orada kəşfiyyatla məşquluq.
Biz bu gün Misiri böyük miqdarda yanacaq və neft məhsulları ilə
təmin edirik.
- Gürcüstana necə gedib-gəldiz?
- Çox gözəl və böyük nəticələri oldu bu səfərin. Cənab Prezidentin
ora səfəri çox yüksək səviyyədə keçdi. Ən əsası orda yaşayan
azərbaycanlıların əhval-ruhiyyəsi, inamı artdı. Bu gün tarixdə
olmayan bir şeydir ki, minlərlə azərbaycanlı gənc gürcü dilində
təhsil alırlar. Dövlət başçısının göstərişi ilə, biz onların orda
təhsilini maliyyələşdiririk, həm də onları stipendiya ilə təmin
edirik ki, bu da bir neçə ildən sonra Gürcüstan içtimaiyyətində
azərbaycanlıların rolunu və imkanlarını artırmış olacaq. Bu gün
Azərbaycan kəndlərinin sosial-iqtisadi inkişafı üçün cənab
Prezident çoxlu işlər görür. Bu gün biz harda qazlaşdırma işləri
aparırıqsa, çalışırıq ki, orada məktəbləridə, yolları da təmir
edək. Bu kəndlərdə yaşayan azərbaycanlıların da Azərbaycana inam
yaranır, qorxusuz həyata inam yaranır, onlar görürlər ki, cənab
Prezident onların arxasındadır. Həmin görüşdə onlar bunu öz
çıxışlarında da bildirdilər. Kənd camaatı Prezidentə şikayət
etmişdirlər ki, onların məhsulları əllərində qalır, onlardan
məhsulu ucuz qiymətə alırlar. Prezidentin göstərişi ilə biz və bir
neçə iş adamı orada Gürcüstanın ən böyük soyuducu qurğusunu tikdik.
Artıq Marneuli, Dmanisi və Bolnisidə azərbaycanlıların yaşadığı
kəndlərin sakinləri öz məhsullarını burda saxlaya və bir neçə aydan
sonra baha qiymətə sata bilərlər. İndi isə yerli biznesin inkişafı
üçün bir sıra layihələrin həyata keçirilməsinə dair göstəriş
verilib. Biz orada konserv sənayəsini inkişaf etdirməyi
planlaşdırırıq ki, soydaşlarımız orada öz təsərüfatlarını inkişaf
etdirməyi bacarsınlar. Bu da onların maddi imkanını rifahlandırmaq
üçün çox gözəl imkanlar yaradacaq.
- Rövnəq müəllim, səfər ərəfəsində və elə səfərin
gedişatında da şayiələr gəzirdi ki, Gürcüstan Rusiyadan İrandan qaz
almağa hazırlaşır. Bu nə dərəcədə əsası olan
söhbətdir?
- Bilirsiz, ilk növbədə Gürcüstan bizim strateji partnyorumuzdur.
Gürcüstan özünü bizsiz, biz isə Gürcüstansız özümüzü təsəvvür
etmirik. Azərbaycanın inkişafı üçün böyük layihələr həyata
keçirəndə cənab Prezident hər zaman Gürcüstanın da inkişafına böyük
fikir verib, çünkü Gürcüstan bizim qonşumuzdur, Avropaya açılan
qapımızdır. Gürcüstanda olan problemlərin aradan qaldırılması üçün,
ələxsusda qazla bağlı sosial proqramlar həyata keçiririk. Bu gün
Gürcüstanda əhaliyə verilən qaz Ermənistandan iki dəfə ucuzdur, bu
da strateji partnyorluqdan irəli gəlir. Əsas Gürcüstanı qazla təmin
edən bizik və bunu biz müqavilələrə əsasən sosial bir paket
əsasında keçiririk və onu da deyim ki, bu gün Rusiyanın Ermənistana
qaz nəqli üçün Gürcüstana ödədiyi tranzit haqqı bizə çatır. O
vəsaiti biz alırıq və hovuz şəklində sosial bir layihə həyata
keçiririk. Həm "Şahdəniz" tranzitinə görə, həm Rusiya tranzitinə
görə bütün qaz üzrə komissiyalar müqavilə əsasında SOCAR-a
ödənilir.
O ki qaldı ikinci məsələyə, bu Gürcüstanda kommersiya məsələləri
ilə bağlıdır. Bilirsiniz ki, hazırda bu ölkədə yanacaq doldurma
mərkəzlərinin 50% sıxılmış qazdan istifadə edir. Bizim də artıq bu
ölkədə 100-ə yaxın yanacaq doldurma və 20-dən çox qazdoldurma
stansiyalarımız var və biz bunu inkişaf etdirmək niyyətindəyik. Bu
biznesdir, sosial layihə deyil, məhz buna görə də bu qazı
istədiyimiz qiymətə sata bilirik. Bizim Gürcüstan hakimiyyəti
qarşısında öhdəliyimiz yoxdur və onlar da öz seçimində azaddılar:
hardan istəsələr qaz ala bilərlər. Rusiya qazı almaq istəyirlər,
problem yoxdur, boru keçir ordan, istədikləri vaxt pulunu ödəyib
qaz ala bilərlər. Heç kəs bunun qarşısını ala bilməz. Amma rəqabət
qabilyətlidirmi? Bu ayrı bir sualdır. Buyursunlar alsınlar,
kommersiya biznesinə girişirsə, buyursun. Rusiyaya, İrana, onların
Ermənistan qaz verməsi məsələsinə gəldikdə, bu, nağıla bənzəyir.
Ermənistana 300 millimetrlik kəmər birləşdiriblər ki, bu da sosial
bir layihədir. O xətt heş bir ilə 300 milyon kub metr qaz
buraxmır.
- Ümumiyətlə, hər hansı bir narahatlıq varmı ki, Gürcüstan
gələcəkdə bizim bu layihələrimizə hər hansısa bir şəkildə əngəl ola
bilər?
- Mən sizə bir kəlmə ilə cavab verəcəm: Azərbaycanın dörd qonşusuna
olan xətləri, diversifikasiya olunan imkanları, qaz anbarı imkan
verir ki, Azərbaycansız bu regionda heç bir sərfəli neft-qaz
əməliyyatı həyata keçirilməsin. Prezidentin apardığı neft
strategiyası ondan ibarətdir ki, biz hamıya açığıq, diversifikasiya
olunan marşrutlardan istifadə edirik və heç kimə də monopoliya
sırımırıq.
- Eyni zamanda cənab Prezident çox diplomatik ustalıqla əla
bir fikir yeritdi orada ki, Azərbaycan ən böyük vergi ödəyicisidir,
həm Gürcüstanın büdcəsini doldurur, yəni belə bir partnyoru itirmək
Gürcüstana sərf eləmir.
- Cənab Prezident düzgün buyurdu ki, biz artıq 6-7 ildir ki,
Gürcüstanın ən böyükl vergi ödəyicisiyik, böyük şirkətlərdən
biriyik - 500-600 nəfər adam işləyir bizdə. Artıq uzun müddətdir
ki, dövlət böyük müqavilələr bağlayır bu ölkə ilə və bu
müqavilələri heç kimin hüququ yoxdur reviziya etməyə.
Bundan əlavə, bilirsiniz ki, cənab Prezidentin sərəncamı ilə bütün
dini məbədlər qazla pulsuz təmin olunur. Bütün dini məbədlər bizdə
qazla təmin olunur. Eyni zamanda, dövlət başçısı Gürcüstanda
yaşayan azərbaycanlıları da düşünərək, bu ölkədəki dini məbədlərin
də qazla pulsuz təmin olunmasına göstəriş verdi. Cənab Prezident
istəyir ki, Azərbaycanda olan tolerantlıq Gürcüstanda da olsun.
Əgər dini tolerantlıq olsa bizim soydaşlarımıza orda yaşamaq daha
rahat olacaq. Ona görə də biz Gürcüstanda olan 440-a yaxın kilsə,
məbət, məscidlərə pulsuz qaz verməyə başladıq. Həmçinin erməni
kilsələrinidə qazla təmin edirik. Allah yolunda. Bizim erməni
kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur. Bizim problem erməni
xalqının hökümətində olan bəzi insanlarladır. İndi baxırsız ki,
orada nə gədər narazılıqlar var. Xalqın günahı yoxdur ki.
Azərbaycanın tolerant xalq olduğunu cənab Prezident bir daha sübut
etdi.
- Təşəkkür edirəm, Rövnəq müəllim!
- Sağ olun
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO