Yağ və yumurta bahalaşdı - QİYMƏTLƏR
Bizi izləyin

Digər

Yağ və yumurta bahalaşdı - QİYMƏTLƏR

Ölkədə bəzi ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti qalxıb. Şəhərin marketlərində apardığımız müşahidələrin nəticələrinə görə, “Westgold”, “Doyaruşka” yağları bahalaşıb.

Publika.az xəbər verir ki, adıçəkilən yağların qiymətlərində 24 qəpik artım baş verib. Belə ki, əvvəllər qablaşdırılmış 250 qramlıq “Westgold” və “Doyaruşka” 1,90 manata satılırdısa, hazırda 2,14 manata satılır.

Bəzi meyvə-tərəvəzlər də 10 qəpik bahalaşıb. Hazırda bazarda almanın qiyməti 50 qəpikdən başlayır. Pomidorun 1 kiloqramı 1,60 manat, kartofun 1 kiloqramı 0,8 manatdır.

Yumurtanın da qiyməti qalxaraq 14-17 qəpik olub. Kənd yumurtası isə 20 qəpikdən satılır.

Broyler şirkətləri də qiymətləri 10 qəpik qaldırıblar.

Türkiyədən idxal edilən, “Ülker” şirkətinə aid qablaşdırılmış şirniyyat məhsullarının qiyməti də 10 qəpik bahalaşıb.

“Prima” uşaq bezlərinin qiyməti 30-40 qəpik atıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm