Sabah dollar bahalaşacaq
Bizi izləyin

Digər

Sabah dollar bahalaşacaq

Avropada dövriyyəyə daha çox avro buraxıla bilər. Bu da Avronu ucuzlaşdırır.

Publika.az “marja”ya istinadən bildirir ki, avro Avropa Mərkəzi Bankının prezidenti (AMB) Mario Draghinin Avro Bölgəsində iqtisadi risklərin "açıq bir şəkildə göründüyünü" deməsi və inflyasiya hədəfinə (2%-ə) çatılması üçün ehtiyac duyularsa, monetar ekspansiyanı (monetar təşviq) artıracaqlarını deməsinin ardından zəifləyib.


19 Avropa ölkəsinin vahid pul vahidi avro Draghinin Avropa Parlamentindəki çıxışında verdiyi şərhlərin ardından 16 əhəmiyyətli pul vahidinin hamısı qarşısında dəyər itirib. Avro dollar qarşısında aprel ayından bu yana ən aşağı səviyyəsinə yaxınlaşıb.


Avro dollar qarşısında 0,5 faiz düşərək (dollar bahalaşıb) 1,0695 səviyyəsini görüb. Avropanın ortaq pul vahidi 10 noyabrda 1,0675 dollar ilə 23 apreldən bu yana ən aşağı səviyyəsini görmüşdü.

Qeyd edək ki, Avropa Mərkəzi Bankı monetar təşviq yolu ilə bazardan istiqrazları alaraq dövriyyəyə əlavə avro buraxır.

Avro/dollar məzənnəsindəki dəyişikliklər AZN məzənnəsinə də ötürülür. Dolların bahalaşması ilə əlaqədar olaraq dollar/manat məzənnəsi 1,0503-ə çıxıb. Sabah dolların manat qarşısında bir az da bahalaşacağı gözlənilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm