Təyyarə böhranından birjalara ağır zərbə
Bizi izləyin

Banklar

Təyyarə böhranından birjalara ağır zərbə

Suriya-Türkiyə sərhədində Türkiyənin hava məkanını pozan “Su-24” tipli Rusiya təyyarəsinin vurulması, ardınca Rusiya prezidenti Vladimir Putinin açıqlamaları ilə Rusiya və Türkiyə birjaları aşağı düşüb.

Publika.az “marja”ya istinadən bildirir ki, Rusiya təyyarəsinin vurulması ilə İstanbul birjası günü 4,49% eniş ilə başa vurub. Rusiyada MICEX indeksi 3,1% düşüb.

10 illik istiqraz faizi 10,2% ilə 14 oktyabrdan bəri ən yüksək bağlanışını keçirib.

Türk lirəsi dollar qarşısında 0,8 % ucuzlaşıb.

Xəbərin ardından Rusiya rublu dollar qarşısında 0,5% düşüb və sonra itkilərini geri qaytarıb.

Analitiklər bildirirlər ki, bu cür hadisələr bazarların yaddaşından sürətlə silinir. Ancaq rus turistlərin istirahət üçün Türkiyəyə getməkdən imtina etmələrinin daha əhəmiyyətli təsirinin ola biləcəyi vurğulanır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm