Rusiyadan sərt addım: qaz nəqli dayandırıldı
Bizi izləyin

Ekopublika.az

Rusiyadan sərt addım: qaz nəqli dayandırıldı

Rusiyanın “Qazprom” şirkəti bu gündən etibarən Ukraynaya təbii qaz nəqlini dayandırıb.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller deyib: “Bu gündən Ukraynanın əvvəlcədən ödəmə ilə aldığı təbii qazı qurtarıb. Qazın yenidən nəqli üçün isə Ukrayna tərəfindən hər hansı bir ödəmə edilməyib. Bunun üçün də Ukraynadan yeni bir ödəmə olanadək bu ölkəyə təbii qazın nəqli dayandırılıb”.

Ukraynanın təbii qaz şirkəti “Naftoqaz”ın rəhbəri Andrey Kobolev isə ötən günlərdə verdiyi şərhdə Ukraynanın bu qış üçün Rusiya qazı almasına ehtiyacı olmadığını demişdi.

Qeyd edək ki, Rusiya üç aylıq fasilədən sonra oktyabrda Ukraynaya təbii qaz ixracını bərpa etmişdi. Sentyabrın sonlarında Rusiya ilə Ukrayna təbii qazın alqı-satqısının bərpa edilməsi ilə bağlı razılığa gəlmişdilər. Razılaşmaya görə, Rusiya satdığı qazın qiymətində endirim edərək bu il oktyabrın 1-dən satdığı qazın hər min kubmetrinə görə 234 ABŞ dolları alır.

Xatırladaq ki, bu il iyulun 1-də Rusiya min kubmetr təbii qaz üçün Ukraynaya 247 dollar təklif etmişdi. Keçənilki qışda olduğu kimi, cari ildə də 100 dollarlıq endirim istəyən Ukrayna isə bu təklifi rədd etmişdi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm