Ekopublika.az
Səudiyyə Ərəbistanı Rusiyanı keçdi
Səudiyyə Ərəbistanı “qara qızıl” hasilatının həcminə görə 2003-cü ildən sonra ilk dəfə dünyada ən əsas ölkə adını özünə qaytarıb.
Publika.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, cari ilin 9 ayının yekunlarına görə, Səudiyyə Ərəbistanı Krallığı bu göstərici üzrə dünyada birinci yeri tutur.
Bu ilin 9 ayı ərzində Səudiyyə Ərəbistanında hər gün orta hesabla 10,19 milyon barrel neft hasil edilib. Eyni müddətdə hər gün orta hesabla 10,12 milyon barrel neft istehsal etmiş Rusiya bu göstərici üzrə dünyada ikinci yerə düşüb.
Səudiyyə Ərəbistanında neft sənayesinin bütün tarixi ərzində neft hasilatının indiki həcmi ən yüksək həddədir. Bundan əvvəl krallıqda neft hasilatının ən yüksək həcmi 2012-ci ildə qeydə alınıb. O vaxt gündəlik hasilatın həcmi 9,8 milyon barrel, neftin qiyməti isə 1 barrel üçün təxminən 112 dollar idi.
Cari ilin doqquz ayı ərzində dünyada neft hasilatının həcmi 1,8 faiz artaraq gündə 74,2 milyon barrelə çatıb. Bu onunla bağlıdır ki, ən iri neft istehsalçıları bazarda öz paylarını qoruyub saxlamağa və neftin qiymətinin kəskin düşməsi ilə əlaqədar məruz qaldıqları ziyanı kompensasiya etməyə çalışaraq hasilatı artırıblar.
İqtisadiyyat şöbəsi
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO