9 ayda 900 min ton artıq neft hasil etmişik
Bizi izləyin

Ekopublika.az

9 ayda 900 min ton artıq neft hasil etmişik

Dünyada qaz ehtiyatının 85%-i Qaz İxrac edən Ölkələr Forumuna daxil olan dövlətlərin payına düşür.

Bunu energetika naziri Natiq Əliyev bu gün keçirdiyi brifinqdə deyib.

Publika.az-ın tədbirdə iştirak edən əməkdaşının məlumatına görə, nazir hazırda həmin təşkilatın 13 daimi, Azərbaycan da daxil olmaqla, 6 müşahidəçi üzvünün olduğunu deyib: "Bilirsiniz ki, bəzən bu təşkilatı OPEC-ə bərabər tuturlar. Amma hesab edirəm ki, bu, doğru deyil. OPEC-in neftin qiymətinə təsiri böyükdür. Amma bu təşkilatın hələ analoji bir mexanizmi yoxdur".

N.Əliyev onu da bildirib ki, bu ilin ilk 9 ayında Azərbaycanda gözləniləndən 900 min ton artıq neft hasil edilib: "Azərbaycan nəzərdə tutulandan 900 min ton artıq neft hasil edib. Bunun da əksər hissəsi "Azəri-Çıraq-Günəşli" yataqlarının payına düşür".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm