Baha dolların ömrünə 2 həftə qaldı – UCUZLAŞMA BAŞLAYIR
Bizi izləyin

Ekopublika.az

Baha dolların ömrünə 2 həftə qaldı – UCUZLAŞMA BAŞLAYIR

Treyderlər dolların builki 11%-lik yüksəlişinin dadını çıxarırlar. Amma deyəsən, "dollar qonaqlığı" başa çatmaq üzrədir. Dünyanın iri bankları olan “Citigroup Inc.” və” Societe Generele SA” dolların qalxmasının böyük hissəsinin başa çatdığını, yaxın zamanlarda dolların ucuzlaşmağa başlayacağını bildirirlər.

Publika.az “marja”ya istinadən bildirir ki, bankların analitikləri ABŞ Mərkəzi Bankı FED-in və Avropa Mərkəzi Bankının (AMB) rəsmilərinin atacağı addımların aydınlığı səbəbilə bəzi investorların uzunmüddətli mövqelərini bağlaması və qazancı götürmələri, aşağı istiqamətli riskə dair xəbərdarlıq edilib.


Dolların altı mühüm valyuta qarşısındakı dəyərini təqib edən “Intercontinental Exchange Inc.”ın ABŞ Dolları İndeksi bu ay 3,3 faiz qalxaraq bazar ertəsi günü 100.120 bənd səviyyəsinə gəlib. Xatırladaq ki, indeks mart ayında 2003-cü ildən bəri ən güclü səviyyə olan 100.390 səviyyəsinə gəlmişdi.

Analitiklər bildirirlər ki, qarşıdakı iki həftədə dollardakı sərmayələr üçün təhlükə böyük dərəcədə deyil. Sonrakı dövrdə isə dolların xeyli ucuzlaşması ehtimalı güclüdür.

Qeyd edək ki, FED-in 15-16 dekabr tarixlərində keçirəcəyi toplantıda faizləri artıracağı gözlənilir. Bu gözlənti ilə əlaqədar olaraq dollar bahalaşır. Dolları bahalaşdıran digər bir amil isə avronun ucuzlaşmasıdır. Avropa Mərkəzi Bankının 3 dekabrdakı toplantısında pul siyasətini daha da yumşaldacağı gözlənilir. Bu gözlənti də avronun ucuzlaşmasına səbəb olur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm