Türkiyə Azərbaycandan qaz alışını artıracaq
Bizi izləyin

Ekopublika.az

Türkiyə Azərbaycandan qaz alışını artıracaq

Putinin Türkiyəyə qarşı imzaladığı sanksiyadan sonra gözlər Ankaranın verəcəyi qərara yönəlib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərmayələrin gələcəyini Türkiyənin qarşı addımları, Rusiyanın geri addım atıb-atmayacağı müəyyən edəcək.

Statistikaya əsasən, 2015-ci ildə Türkiyədə fəaliyyət göstərən rus şirkətlərinin sayı 880 ədəddir. 2014-cü ildə isə rusların Türkiyəyə investisiyalarının həcmi 730 milyon dollar təşkil edib. Rusiya Türkiyədə xarici sərmayələrin həcminə görə altıncı sırada yer alır.

Ümumilikdə, Rusiyada türk sərmayəsinin həcmi 10 milyard dollar, Türkiyədə rus sərmayəsinin həcmi isə 5 milyard dollardır.

Bu arada, Türkiyə rus təbii qazına alternativ qaz tədarükünü nəzərdən keçirir. Azərbaycandan və İrandan qaz alışı ilə yanaşı, Qətər, Əlcəzayir və Nigeriyadan mayeləşdirilmiş qaz tədarükü də artırılacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm