Daha iki bank bağlandı - AZƏRBAYCANDA
Bizi izləyin

Ekopublika.az

Daha iki bank bağlandı - AZƏRBAYCANDA

Azərbaycanda daha iki bank bağlanıb.

Publika.az Azərbaycan Respublikası Mərkəzi Bankına (MB) istinadən bildirir ki, bankın İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 və 07/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin bank lisenziyaları ləğv edilib.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 27.01.2016-cı il tarixdən banklara müvəqqəti inzibatçı təyin olunub.

Mərkəzi Bank bildirir ki, “Qafqaz İnkişaf Bankı” və “Atrabank” Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və Fond tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

Xatırladaq ki, Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə dünən də məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə iki bank -“Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC-nin bank lisenziyaları ləğv edilib.

Daha əvvəlcə “Gəncəbank” və “Bank of Azərbaycan”ın lisenziyaları ləğv edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm