Mənfəət vergisindən azad olunma banklara nə verə bilər? - RƏY
Bizi izləyin

Ekopublika.az

Mənfəət vergisindən azad olunma banklara nə verə bilər? - RƏY

Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları mənfəət vergisindən azad edilə bilər.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər naziri Fazil Məmmədov bildirib: “Banklar belə bir məsələ qaldırıb. Bu təklifə hökumətdə baxıla bilər”.

Belə bir güzəştin tətbiqinin banklara necə təsir edəcəyinə gəlincə, iqtisadçı-ekspert Fikrət Yusifov bildirib ki, Vergilər Nazirliyinin rəhbərliyi bankların real durumunu nəzərə alaraq bu məsələ ilə bağlı pozitiv fikirlər söyləyib: “Real olan da budur ki, banklar bu gün verdikləri kreditlərin – xüsüsulə də xarici valyutada verdikləri kreditlərin qaytarılmasında yaranmış çətinliklər səbəbindən ciddi problemlərlə üz-üzə qalıblar. Onların mənfəət vergisindən azard olunması hələ problemin tam həlli demək olmayacaq. Bu məsələdə əsas sözü aparılacaq bank islahatları deməlidir, daha doğrusu, hər şey bu islahatların səmərəliliyindən asılı olacaq. İlk növbədə Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət palatası bankları əmanət və kreditlər üzrə yaranmış dollarlaşma bəlasından xilas etməyin optimal yollarını ortaya qoyulmağı bacarmalıdırlar. Bu problem həll edildikcə bankların da sağlamlaşması baş verəcəkdir. Problemin həlli isə daha cəsarətli və daha qətiyyətli addımlar atmağı tələb edir. Bu günə qədər bu istiqamətdə ən qətiyyətli və mühüm qərar hələlik Prezident tərəfindən əmanətlərin tam sığortalanmasına dair imzalanmış qərardır. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması və bu bazarlarda dövlət nəzarətini həyata keçirmək məqsədilə Mərkəzi Bankın bir çox səlahiyyətlərinin bu Palataya verilməsi ilə bağlı qərar da vəziyyətin nizamlanmasına yönəli mühüm addımdır. İndi bankların mövcud durumdan çıxarmağın optimal yollarını Mərkəzi Bank və Nəzarət Palatası ortaya qoymalıdırlar”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm