Bu pomidorları yemək olmaz! - “Maddə 586”
Bizi izləyin

Ekopublika.az

Bu pomidorları yemək olmaz! - “Maddə 586”

Publika.az "Maddə 586" layihəsi çərçivəsində bu dəfə oxucularımızı həftənin trendi olan pomidorun keyfiyyəti haqqında məlumatlandıracağıq.

Əvvəla bildirək ki, pomidorun vətəni Cənubi və Mərkəzi Amerikanın (Peru, Çili, Qvatemala) tropik rayonlarıdır. Avropaya ilk dəfə olaraq XVI yüzillikdə gətirilib. O vaxta qədər isə o ekzotik və dərman bitkisi kimi tanınıb. Pomidor bizim ölkəmizdə ilk dəfə 1862-ci ildən becərilməyə başlanıb. Bununla da Azərbaycan pomidorları məşhurlaşıb və bazarlarının trendinə çevrilib.

Hazırda mövsümü olaraq pomidor ən çox istifadə olunan tərəvəz məhsullarındandır. Pomidorun tərkibində çox əhəmiyyətli qida məhsulları, mineral duzlar, vitaminlər var. Meyvəsinin tərkibində orta hesabla quru maddə 6-7%, zülal 0,8-1%, mineral maddələr 0,5-0,6%, şəkər 4,0-5,0%, sellüloza 0,8-0,9%, vitamini C 25-27 mq%, A,B1, B2,PP vitaminləri mövcuddur. Buna görə də əsirlər pomidor məişətdə istifadə edilən tərəvəz kimi deyil, dərman bitkisi kimi məşhur olub. Günümüzdə pomidor həm bir sıra yeməklərin, salatların hazırlanmasında, həm də duza və sirkəyə qoyulmada istifadə edilir. Ona görə də istehlakçılar üçün onun keyfiyyət əlamətlərini bilmək vacibdir.

Pomidorun neçə növü var?

Qeyd edək ki, hər bir insan gün ərzində azı 300-400 q pomidor yeməlidir. Pomidorun 600-ə qədər növü məlumdur ki, bunlar da formasına, rənginə, böyüklüyünə, toxum kamerasının sayı və yerləşməsinə görə fərqlənir. Keyfiyyətcə pomidor təzə, təmiz, bütöv, sağlam, zərərvericilərlə zədələnməmiş olmalıdır. Pomidorun rəngi qırmızı, çəhrayı, yaxud sarının müxtəlif çalarında ola bilər. Yetişmə dərəcəsinə görə pomidor yaşıl, boz, çəhrayı və qırmızı rəngdə olur. Saxlanan və daşınan zaman da yetişə bilir.

Saxlama müddəti

Saхlanma zamanı pomidorda suyun buхarlanması, istilik ayrılması və temperaturun dəyişməsi kimi fiziki proseslər gedir. Bu səbəblərdən saхlanma müddətinə görə pomidor orta müddətə saхlanıla bilən tərəvəzlər qrupuna daxildir. Onu 1 aydan 2-3 aya qədər saхlamaq olar. Pomidorun saxlama müddəti onun növündən, saxlama temperaturundan və şəraitindən asılıdır. Məsələn yetişmiş qırmızı pomidorlar optimal şəraitdə təxminən 30 gün müddətində saxlanıla bilər. Bu zaman onlar 0-2ºC temperaturda, 85-90% nisbi rütubətdə soyuducuda saxlanmalıdır. Pomidorun keyfiyyətli qalması üçün onun saxlanma temperaturu xüsusi əhəmiyyət kəsb edir. Burada onun yetişmə səviyyəsi də mühüm rol oynayır. İstənilən rəngdə olan tam dəymiş pomidorları 1-2ºC, orta dəymişləri 4-6ºC, yaşıl dəymiş pomidorları isə 10-12ºC temperaturda saxlamaq məqsədəuyğundur.

Pomidor qablaşdırılmalı üsulu

İqtisadiyyat Nazirliyinin Anttinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Publika.az-a verilən məlumata görə, pomidorun istehlakçıya keyfiyyətli halda çatdırılmasında yeşiklərdən, səbətlərdən, konteynerlərdən və s. istifadə olunur. Qablaşdırma zamanı yeşiyin içi bükücü kağızla örtülür və oraya birqat qablaşdırma materialı döşənir. Daşınma zamanı isə məhsulun üstü mütləq örtülməlidir. Pomidor keyfiyyətini itirməmək üçün ticarət şəbəkələrinə əsasən üstübağlı maşınlarda daşınmalı və qısa müddətdə istehlak yerinə çatdırılmalıdır.

Keyfiyyətli pomidoru necə tanımalı?

Pomidor alarkən keyfiyyətinə əmin olmaq üçün birinci növbədə onun görünüşünü nəzərdən keçirilməli, məhsulun qablaşdırılması, daşınması, saxlanılması və s. mərhələlərində müvafiq standartların və normativ-texniki sənədlərin tələblərinə əməl olunması yoxlanılmalıdır.

Mağazalarda qablaşdırılmış şəkildə satılan pomidorlar içərisindən keyfiyyətsiz mal aşkar olunarsa, onları daha keyfiyyətlisi ilə dəyişmək hər bir alıcının hüququdur. Pomidor alarkən onların zədəsiz olmasına, yığıldığı rəflərin vəziyyətinə, ziyanvericilərin təsirinə, saxlanma müddətində əmələ gələ bilən fizioloji xəstəliklərin əlamətlərinə və s. kimi məsələlərə diqqət edin.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm