“Baltika-Bakı” niyə qaçır?
Bizi izləyin

Ekopublika.az

“Baltika-Bakı” niyə qaçır?

Məlum olduğu kimi, “Baltika-Bakı” şirkəti avqustun 15-dən istehsalı müvəqqəti dayandıracaq.

Publika.az xəbərinə görə, şirkətin yaydığı açıqlamada bildirilir ki, Azərbaycanda pivə bazarında ağır vəziyyətin yaranması nəticəsində 2015-ci il ərzində bazarın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20%, 2016-cı ilin ilk rübü ərzində isə daha 35% azalıb və bu tendensiya davam etməkdədir.

Qeyd olunur ki, bu ilk növbədə ölkədə yaranmış makro-iqtisadi vəziyyətlə və milli valyutanın üzləşdiyi iki devalvasiya ilə bağlıdır, hansı ki əhalinin alıcılıq qabiliyyətinə kritik şəkildə təsir göstərib. Bütün bunların fonunda şirkətin biznesinə eyni zamanda qanunvericiliyin nizamlanması da təsir göstərir: “Cari ilin ikinci rübündə suyun tarifikasiya sistemi dəyişilib, bu isə yalnız 2016-cı il ərzində istehsalat xərclərinin 500 min manat artmasına gətirib çıxaracaq. Eyni zamanda, sentyabrın 1-dən aksiz markası ilə markalanmalı olan malların nağd vəsait ilə dövriyyəsini qadağan edən və mütləq şəkildə öncədən ödəmə tələb edən qanun qüvvəyə minir, bu isə şirkət üçün öz məhsulunun realizasiyasını olduqca çətinləşdirir. Qanuna tabe olan və Dövlətin “vergi partnyoru” statusuna malik olan “Baltika-Bakı” dövlətin hesablaşmalar və məhsul dövriyyəsinin şəffaflığını artırmaq üzrə səyini dəstəkləyir. Lakin hazırki şəraitdə əlavə nizamlama metodları və şirkətlərin iqtisadi azadlığını məhdudlaşdırma ölkədə biznesin inkişafına olduqca neqativ təsir göstərəcək və xüsusilə də, pivə dövriyyəsi sahəsinin katastrofik ixtisarına gətirib çıxaracaq”.

Bununla bağlı olaraq, şirkət tərəfdən 15 avqust 2016-cı ildən “Baltika-Bakı” zavodunda anbardan yük boşalmalarının davam edilməsi ilə pivə istehsalatının və süzməsinin iki ay müddətinə dayandırılması və əməkdaşların boşdayanma rejiminə keçirilməsi haqqında qərar qəbul edilib. Bu addım şirkətin istehsalat xərclərini azaltmağa və 2016-cı ilin nəticələrinə əsasən şirkətin Azərbaycanda biznesinin rentabelliyini saxlamağa imkan verəcək, o cümlədən də kütləvi ixtisarların qarşısını almağa və maksimal dərəcədə iş yerlərinin qorunub saxlanmasını mümkün edəcək.

Məlumat üçün bildirək ki, Rusiyanın “Baltika” pivəçəkmə şirkəti”nin əsası 1990-cı ildə Sankt-Peterburqda qoyulub. 2006-cı ilin sonunda “Baltika” Rusiyanın üç pivəçəkmə şirkəti – “Vena”, “Pikra” və “Yarpivo” ilə birləşib. Hazırda “Baltika”nın Rusiyada 10, Azərbaycanda isə 1 zavodu fəaliyyət göstərir.”Baltika”2000-ci ildən Azərbaycana məhsul tədarük edib. 2008-ci ildə “Baltika” Xırdalandakı pivə zavodunu almaq barədə qərar verib. Həmin ilin mayında “Baltika” şirkəti ilə “Brasseries Internationales Holding (Eastern) Ltd (BIH Eastern)” şirkətlər qrupu arasında Xırdalandakı pivə zavodunun alınması barədə razılaşma imzalanıb. Azərbaycanın antiinhisar orqanları tərəfindən sövdələşmə bəyəndikdən sonra zavod “Baltika” şirkətinin sərəncamına keçib. 2009-cu ilin əvvəlindən zavodun adı dəyişdirilərək “Baltika-Bakı” adlandırılıb.

“Baltika”nın hazırkı narazılığına gəldikdə, əslində satışların azalması iqtisadi şəraitlə bağlı deyil. Əsas səbəb bazarın 2009-cu illə müqayisədə zəifləməsidir. Belə ki, 7 ildə məhsullarının keyfiyyətində, çeşidlərində heç bir dəyişikliyə getməyən “Baltika” bazarda peyda olan rəqiblərinə uduzur. Xüsusilə bazar gündən-günə genişlənir, idxal hesabına yeni çeşidlər qazanır, “Baltika” isə yerində saymaqda davam edir. Belə halda bazarı tərk etməyin günahı nə “əhalinin alıcılıq qabiliyyətinin azalması”nda, nə də iddia etdiyi kimi ölkədə yaranmış makro-iqtisadi vəziyyət, milli valyutanın üzləşdiyi iki devalvasiya ilə bağlamaq olmaz.

“Baltika”nın bəyanatını şərh edən iqtisadçı-ekspert Rüstəm Dastanoğlu bildirir ki, son illər prezident səviyyəsində yeni iş yerlərinin açılmasının vacibliyi, sahibkarlığa dəstək verilməsi qeyd olunur: “Baltika” iri şirkətdir və bu gün fəaliyyətini dayandırırsa, kökündə dayanan məsələ araşdırılmalıdır. Cari ilin ikinci rübündə suyun tarifikasiya sisteminin dəyişdirilməsi, sentyabrın 1-dən aksiz markası ilə markalanmalı olan malların nağd vəsait ilə dövriyyəsini qadağan edən və mütləq şəkildə öncədən ödəmə tələb edən qanun qüvvəyə minməsi ilə bağlı əlaqədar təşkilatların fikrini öyrənmək lazımdır. “Baltika” büdcəyə ildə 20 milyon manat vəsait ödəyir. Bu aylıq 420 manat əməkhaqqından hesablasaq 4000 adamın məvacibi deməkdir. “Baltika” nın bağlanması əslində ziyandır”.

İqtisadçı bildirir ki, dövlətin məqsədi müəssisələrin bağlanması deyil, inkişafıdır: “Dövlət başçısı tərəfindən bu dəfələrlə qeyd olunub. Hesab edirəm vəziyyətdən çıxış yolu tapılmalıdır. Problem təkcə “Baltika”da deyil, digər pivə şirkətlərində də var”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm