Ekopublika.az
Daha 4 bank bağlana bilər - AÇIQLAMA
“Yaxın dövrdə bank sektorunu yaxşı heç nə gözləmir. Daha 3-4 bankın “qara kağız” almaq ehtimalı var”.
Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib.
O bildirib ki, depozit portfelinin kiçikliyi bankların bağlanmasını asanlaşdıran meyarlardan biridir: “Hər bir halda bankaların maliyyə problemlərinin aradan qaldırılması, sağlamlaşdırılması onların bağlanmaq təhlükəsindən xilas etməyəcək. Dollar kreditlərinin qaytarılması problemi banklar üçün işə düşməni yavaşladan mina rolunu oynamaqda davam edir. Bankların kapitallaşması onları bir müddət qorusa da gələcəkdə iflasdan xilas edə bilməyəcək. Ona görə də Palatanın addımını heç də bankların tələbləri yerinə yetirə bilməməsinin səbəbi kimi göstərmək olmaz. Qərarlar daha çox strateji xarakter daşıyır. Yəni bankların getdikcə sayının azaldılması prioritet olaraq qalacaq. Ona görə də banklar təcili birləşməyə qərar verməlidir”.
İqtisadçı qeyd edir ki, artıq ölkədə fəaliyyətdə olan bankların ¼-i lisenziyasız qalıb.
İqtisadiyyat şöbəsi
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...