Rusiyanın müflisləşdirdiyi azərbaycanlı milyarderlər - FOTOLAR
Bizi izləyin

Ekopublika.az

Rusiyanın müflisləşdirdiyi azərbaycanlı milyarderlər - FOTOLAR

“Forbes” siyahısına daxil olan rusiyalı milyarderlərin kredit borclarını açıqlayıb. Hansı ki, 15 nəfərin borcunun ümumi məbləği 300 milyard rubla qədər yüksəlir.

Publika.az jurnala istinadən xəbər verir ki, siyahının birincisi Azərbaycan əsilli iş adamı Telman İsmayılovdur. Onun kredit borcunun həcmi 158,9 milyard rubldur. Jurnal qeyd edir ki, iş adamının vəziyyəti 2009-ci ilin iyunundan pisləşib. Həmin vaxt Vladimir Putinin əmri ilə “Çerkizov bazarı” bağlanıb ki, buna görə də T.İsmayılov öz biznesini Türkiyəyə daşıyıb. Orada məşhur otelini – “Mardan Palace”i tikdirib.

Lakin İsmayılovun bəxti gətirməyib. Banklara böyüyən borcu səbəbindən otelini də itirib. “AST” şirkətlər qrupundakı bütün payını 2013-cü ildə qohumlarına həvalə edib. 2015-ci ildə isə onun iflası elan olunub.

O ki qaldı İsmayılovun borclarına bu, “Akila Treydin Linited”ə 48,3 milyard, “Pervelok İnbestmets Limited”ə 26,6 milyard, “Bank Mockvı” ya 19,2 milyard, Pentecost imited-ə 13,7 milyard, Sezaria Limited-ə 10,4 milyard, “Çerveks Limited”ə 10,2 milyard, Apeldon Consultants (Overseas) Limited-ə 7,5 milyard, Coretix Limited-ə 5,9 milyard rubl təşkil edir.

Siyahının ikincisi “Energomash”ın sahibi Aleksey Pleşevdir. İş adamının 55,2 milyard rubl borcu var. Pleşevin də vəziyyəti 2009-cu ildən pisləşib. 2011-ci ildə banklarla olan borcu, dələduzluq səbəbindən 4,5 il azadlıqdan məhrum edilib. 2014-cü ildə o iflasını elan edib. Hazırda Moskvada üçüncü cinayət işinin icraatını gözləyir.

Pleşevin borclarına gəlincə BTA Bank 46,7 milyard, Sberbank 15,8 milyard, “Xepri Faynens Limited”ə 1,4 milyard rubldur.

Üçüncü sırada 18,2 milyard rubl borcla “Cənub avtomobil birliyi”nin sahibi Mixail Paramonov dayanır. “Sberbank”a olan borcunu ödəyə bilmədiyindən iflas elan olunub. Məhkəmə hələ 2013-cü ildə ona bank qarşında öhdəliklərini icra etməsinə dair xəbərdarlıq edib.

İş adamının “VTB”-yə 7,3 milyard, “Sberbank”a 4,4 milyard, “Qazprombank”a 3 milyard, “MDM Bank”a 1,8 milyard, “Rosbank”a 1,6 milyard, “Yunikredit Bank”a 139 milyon rubl borcu var.

Dördüncü yerdə Vladimir Kexmanın - “banan kralı”nın adı gəlir. Sahib olduğu JFC şirkəti meyvə idxalı ilə məşğul olurdu.

Qeyd edək ki, Kexmanın şirkəti bir zamanlar Rusiyanın ən böyük meyvə idxalçılarından hesab edilirdi. Şirkətin dövriyyəsi 600 milyon dollar səviyyəsində idi. Lakin 2007-ci ildə Kexman mikroinfarkt keçirir. Nəticədə biznesinin 30 faizini satır. Bunu bizneslə məşğul olmaqdan iyrənməsi ilə izah edir. Özü xeyriyyə tədbirləri ilə məşğul olmağa başlayır. Peterburqa bir teatrın rekonstruksiyasına 500 milyon rubl xərcləyir.

2011-ci ildə “ərəb baharı”dan sonra JFC həddən çox meyvə gətirir və sata bilmədiyindən kreditorlar qarşısında öhdəliyini də icra edə bilmir. Kexman iflasa uğraması ilə bağlı London məhkəməsinin qərar çıxarmasına nail olur. Amma bu qərar Rusiya məhkəmələri tərəfindən tanınmayıb. Dövlət bankı iddia edir ki, “banan kralı” hələ də şirkətin idarəçilərindəndir.

Beşinci sırada OleqTatyana Mixeevlər gəlir. “Diamant” şirkətinə rəhbərlik edən ər, arvad banklara 9,6 milyard rubl borcludurlar.

Qeyd edək ki, bir zamanlar Mixeevlərin təkcə əmlaklarının kirayəsindən gəlirləri 50-70 milyon dollar idi. Məhkəmə 2015-c ildə onların iflasını elan edib.

Siyahıda “Ru-Emerdji Prupp”un sahibi, azərbaycanlı Azad Babayevin də adı var.

A.Babayevin 4,9 milyard rubl borcu var. 2016-cı ilin aprelində məhkəmə əmlakının realizasiyası ilə bağlı qərar qəbul edib. A.Babayev 1990-cı ildən - Tumen neft-qaz universitetində təhsil aldığı zamandan bizneslə məşğuldur. Deyilənə görə, o, Azərbaycandan Rusiyanın neft şirkətlərinə avadanlıq daşıyırmış. 2002-ci ildə qardaşı ilə birlikdə “Nefteprommaş” Tumen şirkətinin sahibi olur. 2011-ci ildə qardaşların ailə biznesi yeni mərhələyə keçid edir və onlar “Ru-Emerdji Prupp”u yaradırlar. 4 neft servis şirkətini satın alırlar. Babayev 5 ilə biznesini beynəlxalq səviyyəyə çıxarmaq istəyir. Lakin 2013-2014-cü illərdə götürdüyü kredit başlarına bəla açır.

Nəzərə çatdıraq ki, iflas elan olunanların arasında Rusiyanın spirtli içki imperatoru “Rusimport” un sahibi Aleksandr Mamedov (3 milyard rubl borc), LenurElvira İslamovlar (1,2 milyard rubl borc), Anrey İsayev (1 milyard rubl borc), Mahmud Həsən Yunes (1 milyard rubl borc) var.

Sonda nəzərə çatdıraq ki, Rusiyada 2015-ci ilin oktyabr ayının 1-dən vətəndaşların iflas elan edilməsi ilə bağlı qanun qüvvəyə minib. Qanunla məhkəmənin qərarına əsasən borclulara üç il müddətinə borcun restrukturizasiya prosesi təyin edilir. Borclunun əmlakı və gəlirləri yetərli olmadıqda borcdan azad olunur. Bu arada bildirək ki, qanun qüvvəyə minən kimi çoxları iflasları ilə bağlı məhkəməyə müraciət ünvanlayıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm