Gizli arvadı kralın bütün sirlərini açdı: MƏCBURİ ABORT, NARKOTİK...
Bizi izləyin

Ekopublika.az

Gizli arvadı kralın bütün sirlərini açdı: MƏCBURİ ABORT, NARKOTİK...

Səudiyyə Ərəbistanının keçmiş kralı Fahdın (Fahd bin Əbdüləziz əl-Suud) gizli həyat yoldaşının xatirələrinə həsr olunan, kral ailəsinin həyatını əks etdirən film geniş müzakirələrə yol açıb.

Publika.az xəbər verir ki, filmdə Səudiyyə Ərəbistanı kraliyyət ailəsinin ictimaiyyətə məlum olmayan tərəfləri əksini tapıb. Xüsusilə kralın qumar və narkotik alışqanlığına yer verilib. Onun Londondakı “Clermont Club” adlı bir kazinoda qumar oynadığı önə sürülüb. Bir başqa səhnədə isə Fahdın narkotik istifadə edərkən görüntüləri yer alır. Eləcə də filmdə onun “sarayda qaçan balaca arafatlar istəmirəm” deyib gizli arvadını 3 dəfə hamiləliyini pozmağa məcbur etməsi də verilib. Nəzərə çatdıraq ki, rejissor Malkolm Uolkerin rəhbərlik etdiyi film çəkiliş ərəfəsindədir.

Kralın gizli arvadı kimdir?

Fahdın gizli arvadı deyə bəhs olunan qadın Fələstin xristianıdır. Canan Harb kral Fahdla 20 yaşında Ciddədə Venesuela səfirliyində tərcüməçi işlədiyi zaman tanış olub. 1968-ci ildə kralla evlənmək uçun müsəlmanlığı qəbul edib. Lakin kraliyyət ailəsi bu evlilikdən məmnun olmayıb. Harb saraydan çıxarılaraq Londona göndərilib. Orada yaşadığı müddətdə bütün xərcləri kral Fahd tərəfindən ödənilib. 1974-cü ildə liviyalı bir vəkillə evlənən Harb eyni zamanda kralla münasibətlərini də davam etdirib. 1995-ci ildə Fahdın iflic keçirməsi onların ayrılmasına gətirib çıxarıb.

Pul davası

Vəkildən dünyaya gələn iki qızı ilə birlikdə Harb Avropada idman salonları açıb. Kral öldükdən sonra miras davası açıb: “12 ildir kral ailəsi ilə mübarizə aparıram. Onlar məni Səudiyyəyə aparıb daşlatdıracaqdılar”.

2015-ci ildə məhkəmə Səudiyyə kraliyyət ailəsinin ona 20 milyon sterlinq təzminat ödəməsinə dair qərar çıxarıb. Qadının sözlərinə görə, 2013-cü ildə kralın başqa qadından olan oğlu onunla bir oteldə görüşərək 12 milyon sterlinq və 5 milyon dəyərində iki mənzil təklif edib. Yüksək məhkəməyə gəlməyən şahzadə Harbın bu iddialarını rədd edib. Dövlət ittihamçısı isə Harba daha əvvəl susmaq üçün 5 milyon sterlinq verildiyini, qadının bu pulun 3 milyon sterlinqi ilə qumar borclarını ödədiyini irəli sürüb.

Kral Fahd kimdir?

Kral Fahd 23 il Səudiyyə Ərəbistanını idarə edib. 2005-ci ildə 84 yaşında vəfat edərkən 32 milyard dollar sərvət buraxıb. Qeyd edək ki, Fahd 1995-ci ildə iflic keçirmişdi. Ölümünə qədər 10 il əlil arabasında dövləti idarə etmişdi.

Kralın 3 arvadı, 8 övladı var idi. Sərvətinə gəlincə, bura təkcə 32 milyard dollar nağd pul daxil deyil. O, özündən sonra ölkəsində 7 saray, Fransada şato, İspaniyada möhtəşəm malikanə, “Boeing 747” təyyarələrinin daxil olduğu filot, onlarla lüks yaxta və bahalı, hətta bir dəfə istifadə etmədiyi avtomobilləri miras buraxıb. Bir maraqlı faktı da bildirək ki, kral 1999-cu ildə İspaniyadakı yay evinə gedərkən yanında 1000 məmuru, 350 nəfər qohum-əqrəbası, 12 həkimi, 25 bağbanı, 200 tonluq yükü var idi. Kralın İspaniyada günlük xərci isə 850 milyard lirə təşkil edirdi. Bundan əlavə, Kral Fahd 2002-ci ildə katarakt əməliyyatı üçün İsveçrənin Cenevrə şəhərinə getdiyi zaman hava limanında onu 300 ədəd “Mercedes” avtomobili ilə qarşılamışdılar. Yanında 3 arvadı və 8 nazir var idi. O vaxt Cenevrədə bütün 5 ulduzlu otelləri bağlatdırmışdı. Xəstəxanada qalmaq istəməyən kral 130 milyon dollarlıq villasında müalicə alırdı. O zaman onun günlük xərci 5,5 trilyon lira təşkil edirdi.

1982-ci ildə hakimiyyətə gələn Fahd dünyada neft ehtiyatlarının 25 faizinə nəzarət edirdi. Onun idarəçiliyi dövründə Səudiyyə aşirət ölkəsi olmaqdan çıxaraq iqtisadi güc mərkəzinə çevrildi. Kral Fahd Amerika ilə münasibətləri inkişaf etdirdi. Apardığı islahatlar nəticəsində qızların təhsil alması təmin olundu.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm