Neft-qaz sektorunda istehsal 3,6 faiz azalıb
Bizi izləyin

İqtisadi gündəm

Neft-qaz sektorunda istehsal 3,6 faiz azalıb

Neft-qaz sektorunda istehsal 3,6 faiz azalıb

Yanvar-mart aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 8,2 milyard manatlıq məhsul istehsal olunub.

Publika.Az xəbər verir ki, sənaye məhsulunun 71,8 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 10,4 milyon ton neft, 4,5 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 21,0 faizini təşkil edib.

Qida, toxuculuq, geyim, ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə olunub. İstehsal edilmiş sənaye məhsulunun 6,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-mart aylarının səviyyəsini 6,8 faiz üstələmiş, neft-qaz sektorunda isə 3,6 faiz azalıb. Ümumi sənaye istehsalının 93,0 faizi malların (əmtəələrin), 7,0 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 80,2 faizi özəl bölmədə istehsal olunub.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm