Yeni binalarda evlərin qiyməti 11 faiz bahalaşıb - Açıqlama
Bizi izləyin

Daşınmaz əmlak

Yeni binalarda evlərin qiyməti 11 faiz bahalaşıb - Açıqlama

Yeni binalarda evlərin qiyməti 11 faiz bahalaşıb -Açıqlama

Cari ilin yanvar ayında ilkin mənzil bazarında 3.05% qiymət artımı qeydə alındığından, fevral ayı üçün heç bir qiymət artması və ya azalması müşahidə edilməyib.

Publika.Az-a bunu “MBA CONSULTİNG GROUP” Şirkətinin rəhbəri Nüsrət İbrahimov ilkin mənzil bazarını şərh edərkən bildirib.

O qeyd edib ki, ilkin mənzil bazarında qiymətdə hər hansı bir dəyişiklik təkrar bazarla müqayisədə az-az baş verir: “Lakin dəyişiklik baş verdiyi halda qiymətdə müşahidə olunan dəyişiklik daha çox faizlə qeydə alınır. Bir sözlə, təkrar bazardan fərqli olaraq ilkin mənzil bazarında qiymətlər idarə olunandır. Yuxarıda qeyd edildiyi kimi, yanvar ayında sıçrayışlı qiymət artımı olduğundan, fevral ayındakı qiymət stabilliyini normal qarşılamaq olar. Bu ay qiymətin ötən aya nisbətən stabil qalmasına digər səbəb isə əhali arasında ilkin bazarda ehtimal olunan növbəti bahalaşma qorxusudur. Ümumilikdə Bakı şəhəri ilkin mənzil bazarında aktivlik 2014-cü ilin fevral ayında ötən yanvar ayı ilə müqayisədə 3.4%, ötən ilin müvafiq ayı ilə müqayisədə 10.77% artıb”.

Bununla yanaşı, hesabat ayında ilkin mənzil bazarının təklif portfelində azalmalar tələbin artımı və tikinti həcminin azalması ilə əlaqələndirilir. Hər ay olduğu kimi, bu ay da bazarda struktur dəyişikliyi davam edib. Nəticədə bazar indikatorlarında uyğun dəyişikliklər qeydə alınıb. Yuxarıda qeyd edildiyi kimi, cari ilkin mənzil bazarındakı aktivlik, qiymət indeksində özünü əks etdirməyib. İlkin yaşayış mənzil bazarında fevral ayında aktivliyin artması, bazarda əqdlərin sayının artımının nəticəsi kimi baxmaq olar”.

Qeyd edək ki, son illər üzrə qiymət indeksinin artımı müşahidə edilir ki, buna da səbəb bir tərəfdən paytaxtda söküntü prosesinin artması ilə bağlıdır. Həmçinin tikintinin həcminin azalması nəticəsində ucuz mənzillərin təklif portfelində tədricən tükənməsi, eləcə də əvvəllər satılılmayan (yüksək qiymətə bazara təklif edilən) mənzillərin təklif portfelində paylarının artması da burada rol oynayır.

Ekspertin sözlərindən bəlli olur ki, 2014-cü ilin fevral аyının sonuna Bаkı şəhəri üzrə ilkin yaşayış mənzil bаzаrında аrаşdırılmаyа məruz qаlаn iri çoxmənzilli yaşayış binаlаrın sаyı 105 ədəd, satışa təklif olunan mənzillərin sayı isə 582 ədəd оlub. 2013-cü ilin əvvəlindən ilkin yaşayış mənzil bazarının təklif portfeli strukturunda, o cümlədən, binaların keyfiyyət göstəricilərinə görə bölgüsündə və inzibati rayonların təklif portfelində pay bölgüsündə dəyişiklik davam edib.

Bazarda təklifin həcmində ay və il üzrə azalma müşahidə edilib: “Son bir il ərzində təklifin həcmində azalma tendensiyası aşkar görünsə də, 2014-cü ilin əvvəlindən ümumi təklif pоrtfеlində yaşayış mənzil sahələrinin sayında ötən ilin II yarısına nisbətən canlanma müşahidə olunmuşdur. Bu artıma səbəb kimi, bir sıra tikinti şirkətlərinin və investorların öz maliyyə problemlərinin həlli olaraq bazara əlavə (əsasən qiyməti 1500-4000 $/kv.m olan) mənzil çıxartmaqları ilə bağlamaq olar. Artım əsasən bahalı mənzil bazarında müşahidə edilir.Ay ərzində ucuz mənzillərin təklif portfelində azalmalar davam edib; Çoxmənzilli yaşayış binalarında təklif portfelinin azalması müvəqqəti xarakter daşıyır”. N.İbrahimov deyir ki, ay ərzində iri çoxmənzilli yaşayış binalarında təklifin həcmi şəhərin III zonasında mütləq çoxluq təşkil edirsə, villa və fərdi evlərin satış portfelində IV zona üstünlük təşkil edib: “Yaranmış vəziyyət isə son nəticədə həm əhalinin sıxlığının bu zonada artmasına və həmçinin qiymətlərin yüksəlməsinə zəmin yaradır. Məhz bu amil təklif portfelində də struktur yerdəyişmələrinə səbəb olur və təklif portfeli, həmçinin aktivlik tədricən şəhərin mərkəzindən uzaqlaşır.

Şəhər üzrə ümumi mənzil bazarında оrtа qiymət fevral аyı ərzində 3.79%, 2013-cü ilin müvafiq ayına nəzərən isə 29.38%, ilkin mənzil bazarında isə uyğun olaraq 0.17% və 28.31% artаrаq 1183 $/kv.m olub. Qiymətlərin artım tempi ətraf region paytaxt şəhərlərində daşınmaz əmlakın qiymət artımına, bazarda pul kütləsinin və əhalinin gəlirlərinin artım tempinə uyğundur. İlkin bazarda qeyri-yaşayış sahələrinin satış qiymətləri son 1 ildə artımla yadda qalıb. “Elit” mənzillərə qiymət artımı şəhərin II zonası olan Yasamal və Nəsimi rayonlarında daha çox hiss edilir”.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm