Banklar
Kreditlərin 831.6 milyon manatının ödəmə vaxtı keçib
2014-cü il mart ayının 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 15.7 milyard manat məbləğində kredit ayırıb.
Publika.Az Mərkəzi Banka istinadən xəbər verir ki, verilmiş kreditlərin həcmi 2013-cü ilin mart ayının 1-i ilə müqayisədə 28.3 faiz artıb.
Onun 78.2 faizi və ya 12.2 milyard manatı uzunmüddətli olub. Kreditlərin 831.6 milyon manatının, yaxud 5.3 faizinin ödəmə vaxtı keçib.
Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 21.7 faiz artaraq mart ayının 1-i vəziyyətinə 6.6 milyard manata çatıb. Əmanətlərin 61.1 faizi milli valyuta ilə, 38.9 faizi isə xarici valyuta ilə qoyulub.
Leyla
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!