Xarici neft şirkətlərinin büdcəyə ödənişləri azalıb
Bizi izləyin

İqtisadi gündəm

Xarici neft şirkətlərinin büdcəyə ödənişləri azalıb

Dövlət büdcəsinə xarici neft şirkətlərinin ödənişləri əhəmiyyətli dərəcədə azalıb

Cari ilin yanvar-martında Azərbaycanda neft-qaz hasilatı ilə məşğul olan xarici neft şirkətlərinin dövlət büdcəsinə ödənişləri 262.3 milyon manat təşkil edib.

Publika.Az xəbər verir ki, keçən ilin analoji dövrü ilə müqayisədə xarici şirkətlərin dövlət büdcəsinə etdikləri ödənişlər 191 milyon manat ə ya 42.1% azalıb. Qeyd edək ki, 2013-cü ilin birinci rübündə xarici neft şirkətləri tərəfindən dövlət büdcəsinə 453,3 milyon manat vəsait transfert edilmişdi.

Xatırladaq ki, Azərbaycanda neft-qaz hasilatı ilə 12 əməliyyat şirkəti və bir birgə müəssisə məşğul olur. Caspian Barel ekspertlərinin rəyinə əsasən Dövlət Statistika Komitəsi əməliyyat şirkətlərinin ödənişlərini, hasilatı və ixracı ilə göstəricilərini ayrı-ayrılıqda göstərmir.

Sadəcə AİOC (beynəlxalq əməliyyat şirkəti) kimi ictimaiyyətə təqdim edir. Hətta DSK cari ildən başlayaraq Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə daşınan tranzit neftini ancaq türkmən nefti kimi göstərir.

Halbuki artıq türkmən neftindən əlavə, Qazaxıstan neft də nəql olunmağa başlayıb. Bu kimi faktlar Azərbaycanın enerji statistik məlumatlarının ictimaiyyətə əslində nə qədər məlumatın qaranlıq və yarıqaranlıq qalmasını göstərən bir sübutdur.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm