Kırımda qumar zonası yaradılır
Bizi izləyin

İqtisadi gündəm

Kırımda qumar zonası yaradılır

Kırımda qumar zonası yaradılır

Kırımda qumar zonasının tikinsitisi üçün 1,5 milyard ayrılıb. Bu barədə “İzvestiya” qəzetinə baş nazirin birinci müavini Rüstəm Temirqaliev bildirib.

Publika.Az qəzetə istinadən bildirir ki, qumarxanaların sayəsinə 10 min iş yeri yaradılacaq. İstirahət zonasında infrastruktur, avtomobil nəqliyyatı bütün xidmətlər yüksək səviyyədə təşkil ediləcək: “Biz il boyu davam edən istirahət zonası yaratmaq istəyirik. Qumarxanalar ilin bütün fəsillərində fəaliyyət göstərəcək. Layihədə iştirak etməklə bağlı dünya şöhrətli brendlərdən çoxlu müraciətlər almışıq”.

Bildirək ki, qumar zonası Kırımın cənub sahilində 100 hektar ərazidə yaradılacaq. Layihənin əsasən özəl investisiya hesabına reallaşdırılması planlaşdırılır.

İkinci təklif kimi isə dənizə çıxışı olmayan Aluşto ilə Yalta arasındakı ərazi dəyərlənidirilir: ”Bu ərazilərdən hansının seçilməsi yönündə yekun qərarı Dövlət Duması verəcək”. Yeri gəlmişkən, bəzi biznes subyektləri qumar zonasının tikintisi üçün 1,5 milyard dolların yetərsiz olduğunu deyirlər.

Layihəyə ən azı 5-7 milyard dollar lazım olduğunu vurğulayırlar. Onu da qeyd edək ki, Soçidə qumarxanalar ləğv edilib.Bundan sonra qumar həvəskarları ancaq Kırıma üz tutacaqlar.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm