İqtisadi gündəm
ARDNŞ-in borcu 7 mlrd. dollara çatdı
"Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) konsolidasiya olunmuş borcu 6,8 mlrd. ABŞ dolları təşkil edir".
Bunu jurnalistlərə açıqlamasında şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.
S.Qasımov
bildirib ki, ümumi borcdan 1,1 mlrd. dolları kapital qoyuluşunun, 1
mlrd. dolları isə kommersiya təşkilatlarına olan borcun payına
düşür.
“Şirkətin cəlb
etdiyi vəsaitlər böyük layihələrə qoyulub. Türkiyədəki layihə üçün
1 milyard dollardan çox, Bakıdakı Gəmiqayırma zavodunun tikintisi
üçün 1 milyard dollara qədər Neft Fondundan vəsait götürülüb.
“Azəri-Çıraq-Günəşli” layihəsindən 1,67% pay almaq üçün 485 milyon
dollara qədər vəsait cəlb olunub. TANAP, TAP, “Şahdəniz 2” layihəsi
üçün yaranan şirkətə Neft Fondunun büdcəsindən vəsait ayrılıb”, -
deyə o bildirib.
ARDNŞ-a olan
borclara toxunan S.Qasımov bildirib ki, şirkətə ən çox borcu olan
“Azərenerji” ASC-dir ki, bu məbləğ 280 mln. manata
çatıb.
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO