Qızıl sürətlə ucuzlaşır
Bizi izləyin

İqtisadi gündəm

Qızıl sürətlə ucuzlaşır

Qızıl sürətlə ucuzlaşır

Ukrayna və Rusiya arasındakı gərginlik səbəbiylə təkrar bahalaşan qızıl, son bir həftədir ABŞ iqtisadiyyatındakı inkişaf, eləcə də Çin iqtisadiyyatında pisləşmə əlamətləri ilə yenidən enişə keçib.

Publika.Az xəbər verir ki, qızılın qiyməti bazar ertəsi 3 apreldən bu yana ən aşağı səviyyəyə - 1.281 dollara düşüb, Bundan sonra 1290 dollar səviyyəsində sabitləşib.

“Forex” bazarlarında isə qızılın bu enişi bir alış fürsəti olaraq qiymətləndirilir. Marbaş FX tərəfindən hazırlanan Qızılın Qiymətləri Hesabatına əsasən bir müddətdir qızılın qiymətləri müsbət istiqamətdə təsir edə biləcək xəbərlərə reaksiya vermir. Qızılın unsiyasının 1,335 dollardan 1,280 dollara olan enişi böyük ölçüdə bir fond satışından qaynaqlana biləcəyi irəli sürülür.

Mütəxəssislər qızılın təkrar yüksələ bilməsi üçün geriyə qalan tək faktorun Ukrayna - Rusiya gərginliyinin daha da artması, döyüş təhlükəsinin ortaya çıxması olduğunu deyirlər: “Qızıl ABŞ-dan gələn müsbət məlumatlar və Çin iqtisadiyyatı ilə bağlı pis xəbərlərə baxmayaraq çox sərt eniş yaşamır.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm