Neft Fondunun büdcədənkənar xərcləri 71,6 milyona çatıb
Bizi izləyin

Ekopublika.az

Neft Fondunun büdcədənkənar xərcləri 71,6 milyona çatıb

Cari ilin ilk altı ayı ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə Dövlət Neft Fondunun büdcədənkənar gəlirləri 6,5 milyon manat təşkil edib. O cümlədən qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 78,1 milyon manat, ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutaların dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar xərcləri 71,6 milyon manat olub.

Publika.az xəbər verir ki, 2014-cü il iyulun əvvəlinə fondun aktivləri 4,86% artaraq 37 622,4 milyon ABŞ dollarına çatıb.

2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlayıb. 1 iyul 2014-cü il tarixinə fond tərəfindən alınmış qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm