Mərkəzi Bankın notları ilə bazarda ticarətin həcmi 109,1 milyon manat olub
Bizi izləyin

Ekopublika.az

Mərkəzi Bankın notları ilə bazarda ticarətin həcmi 109,1 milyon manat olub

6 ay ərzində Mərkəzi Bankın notları ilə ilkin bazarda ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz azalaraq 109,1 milyon manat təşkil edib.

Publika.az xəbər verir ki, bu növ alətlərin təkrar bazar ticarəti 6,9 dəfə artaraq 302,8 milyon manata yüksəlib. Bütövlükdə not bazarında ticarətin həcmi 84 faiz artaraq 411,9 milyon manata çatıb. Bununla yanaşı, hesabat dövrünün birinci yarısından etibarən qiymətli kağızlar bazarında ilk dəfə olaraq yeni növ alətlə - korporativ istiqrazlarla repo/əks-repo əməliyyatları həyata keçirilib. Bütövlükdə cari ilin birinci yarımilliyi ərzində baş tutan repo/əks-repo əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 53 faiz artaraq 3,5 milyard manat təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm