Sanksiyalar Moskvada evlərin qiymətini vurdu
Bizi izləyin

Ekopublika.az

Sanksiyalar Moskvada evlərin qiymətini vurdu

2014-cü ilin sonuna Moskvada evlərin qiyməti 20 faiz düşəcək.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mənzil bazarında qiymətlərin düşməsi beynəlxalq sanksiyalarla bağlıdır. Ekspertlərin sözlərinə görə, Rusiya banklarına qarşı iqtisadi sanksiyalar ipoteka kreditləşməsi şərtlərini çətinləşdirəcək. Bu da alıcılıq qabiliyyətini aşağı salacaq. Onu da bildirək ki, iyul ayında Moskva və paytaxtətrafı ərazilərdə mənzillərin kavdratmetri 189 min rubl (5768 dollar) təşkil edib.Obyektlərin qiymətlərinə gəlincə, ekonomklass obyektlərdə kavdratmetr 168,6 min rubl (5127 dolar ), komfort-klasslarda 185,2 (5646 dollar) min rubl, premium-klasslarda 255,7 min rubldır (7782 dollar).

Qeyd edək ki, qiymət azalmalarına baxmayaraq, ekspertlər daşınmaz əmlak bazarında əsaslı eniş proqnozlaşdırmırlar.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm