Kənd təsərrüfatında ümumi məhsul 4.2 faiz azalıb
Bizi izləyin

Ekopublika.az

Kənd təsərrüfatında ümumi məhsul 4.2 faiz azalıb

Aqrar bölmədə avqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilərin əkin sahəsinin 95.2 faizi, yaxud 952.2 min hektarı biçilmiş və həmin sahələrdən 2176.3 min ton məhsul götürülüb.

Publika.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən bildirir ki, orta hesabla hər hektardan əldə edilmiş məhsul keçən ilə nisbətən 3.8 sentner azalaraq 22.9 sentnerə düşüb. Bundan əlavə, məhsulu toplanan 3.7 min hektar qarğıdalı sahəsindən 13.7 min ton yığım tədarük edilib.

Yığım başlanandan sahələrdən 466.1 min ton kartof, 717.8 min ton tərəvəz, 325.1 min ton bostan məhsulları, 176.6 min ton meyvə və giləmeyvə, 3.2 min ton üzüm, 316.7 ton yaşıl çay yarpağı, 3.6 min ton dən üçün günəbaxan və 1.2 min ton tütün toplanıb.

Bu dövrdə 252.4 min ton, yaxud 2013-cü ilin yanvar-iyul aylarına nisbətən 1.7 faiz çox diri çəkidə ət, 1103.6 min ton (3.5 faiz çox) süd, 889.1 milyon ədəd (11.3 faiz cox) yumurta, 15.4 min ton (1.6 faiz çox) yun istehsal olunub. Beləliklə, keçən illə müqayisədə kənd təsərrüfatında ümumi məhsul 4.2 faiz azalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm