Bank sektoru üçün kritik vəziyyət - Kreditlərin 5,2 faizinin ödənilmə vaxtı keçib
Bizi izləyin

Ekopublika.az

Bank sektoru üçün kritik vəziyyət - Kreditlərin 5,2 faizinin ödənilmə vaxtı keçib

Ötən ayın 1-nə əhalinin banklardakı əmanətlərinin qalığı 6.7 milyard manat təşkil edib.

Publika.az xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə əmanətlərin həcmi 13.5 faiz artıb.

Əmanətlərin 4.2 milyard manatı və ya 62.5 faizi milli, 2.5 milyard manatlıq ekvivalenti xarici valyuta şəklində qoyulub. Əvvəlki ilə nisbətən müvafiq olaraq 17.1 faiz və 7.9 faiz yüksəlib.

Ölkə iqtisadiyyatında istifadə olunan yerli kreditlərin həcminə gəlincə, bu rəqəm artıq 17 miyard manata yaxınlaşıb. Belə ki, ölkə iqtisadiyyatına 16.8 milyard manat kredit qoyulub. Bu rəqəm ilin müvafiq dövrünə nisbətən 21.6 faiz artıb. Kredit qoyuluşunun 34.5 faizi dövlət, 62.7 faizi özəl banklar, 2.8 faizi isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib. Verilmiş kreditlərin 78.9 faizini uzunmüddətli kreditlər təşkil edib, 5.2 faizinin ödənilmə vaxtı keçib.

Məlumat üçün bildirək ki, problemli kreditlərlə bağlı bank sektoru üçün limit 5 faiz təşkil edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm