SOCAR Rumıniyadakı biznesini daha da genişləndirəcək
Bizi izləyin

Ekopublika.az

SOCAR Rumıniyadakı biznesini daha da genişləndirəcək

SOCAR Rumıniyada yanacaqdoldruma məntəqələri şəbəkəsini genişləndirməyi planlaşdırır. Bunu ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov “energynomics.ro” jurnalına müsahibəsində deyib.

Publika.Az müsahibəyə istinadən bildirir ki, ARDNŞ Rumıniyada öz işini bu ölkənin “Nəqliyyat infrastrukturunun inkişafı” Dövlət Proqramına əsaslanaraq qurur:

“Rumıniyanın qlobal enerji təhlükəsizliyi baxımından ilk 10 ölkə arasında yer alması, yaxın illərdə ölkədə investisiya yatırımlarının artımının gözlənilməsi, 2013-cü ildə qeydə alınan müsbət iqtisadi nəticələr ARDNŞ-nin Rumıniyanın yerli bazarında fəaliyyətinin genişlənməsində həlledici amil rolunu oynayır. Hazırda şirkətin Rumıniyanın 11 dairəsi üzrə 29 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. YDM şəbəkəsinin genişləndirilməsi üçün yeni yerlər müəyyən edilir. Müştərilər “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin təklif etdiyi yüksək keyfiyyətli məhsul və xidmətlərdən böyük məmnuniyyətlə istifadə edirlər. Burada onların Azərbaycan mədəniyyəti, mətbəx ənənələri, turizmi ilə tanış olmaları üçün də geniş imkanlar yaradılıb.

SOCAR-ın Rumıniya nümayəndəliyi iqtisadi və mədəni tədbirlərdə fəal iştirakı ilə Azərbaycan və Rumıniya arasında dostluq münasibətlərinin inkişafına töhfə verməkdə davam edir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm