Ukrayna Rusiyaya 1,9 milyard dollar ödəməyə hazır olduğunu açıqladı
Bizi izləyin

Ekopublika.az

Ukrayna Rusiyaya 1,9 milyard dollar ödəməyə hazır olduğunu açıqladı

“Naftoqaz Ukrayna” qış təchizatı üçün 5 milyard kubmetr qaza görə 1,9 milyard dollar ödəməyə hazırdır.

Publika.az-ın xəbərinə görə, bunu “Naftoqaz”ın rəhbəri Andrey Kobolev bildirib. Bu halda qazın 1000 kubmetrinin qiyməti 380 dollar təşkil edir. Bu da Rusiyanın təklifinə uyğundur: “Ukraynanın qışı rahat keçirməsi üçün 10 milyard kubmetr qaz lazımdır”.

O da məlum olur ki, Ukrayna 5 milyard kubmetri Rusiyadan, yerdə qalan 5 milyard kubmetri Avropa Birliyindən idxal etmək istəyir.

Novak bildirib ki, Rusiya ilə kommersiya müqaviləsində bir tələbləri var: “O da qazın tranzit qiymətlərini Rusiyanın öz mülahizəsinə uyğun dəyişməməsidir”.

O qeyd edib ki, Ukrayna gələcək ildə qaz təchizatını artırmağı düşünür: “Hazırda Ukrayna 20 milyard kubmetr qaz tədarük edir. Qarşıdakı illərdə bu rəqəm əsaslı şəkildə artacaq. Bundan əlavə, biz Ukraynaya qazın bazar qiymətlərinə satılması tələbini irəli sürürük”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm