Hesabat
Çöllərə 150 ceyran, dənizə 419 milyon balıq buraxılıb
2014-cü ilin ilk 9 ayı ərzində vəhşi təbiətin mühafizəsi istiqamətində aparılan işlər davam etdirilib və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində bu günədək 150 başadək ceyran öz tarixi areallarına köçürülüb.
Publika.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov oktyabrın 8-də Nazirlər Kabinetinin toplantısında məlumat verib.
O deyib ki, Xəzərin bioresurslarının bərpası istiqamətində də xeyli işlər görülüb. Hazırda müasir Xıllı nərə balıqartırma zavodunda süni yetişdirilmiş 5000-dən artıq müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqdan ibarət bərpa-törədici fond yaradılıb. 2013-cü ildə Azərbaycanda ilk dəfə olaraq burada süni yetişdirilmiş ana balığı öldürmədən cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilib. Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalır.
2014-cü ilin 9 ayı ərzində su bioloji resurslarının artırılması sahəsində 419 milyon ədəd balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılıbr. Bunlardan 6,2 milyon ədədi - nərə cinsli, 172 mini isə qiymətli qızıl balıq körpələri olub.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?