Rusiyada təbii qaz hasilatı 5.4% azalıb
Bizi izləyin

Ekopublika.az

Rusiyada təbii qaz hasilatı 5.4% azalıb

Yanvar-sentyabrda Rusiyada neft və qaz kondensatı hasilatı 1.2% artaraq 392 milyon ton təşkil edib.
Təbii qaz hasilatı 5.4% azalaraq 409 milyard kubmetr olub.

Publika.az xəbər verir ki, ilin 9 ayında səmt qazı hasilatı 8.7% artaraq, 53.7 milyard kubmetr təşkil edib. Yanvar-sentyabrda neftin ilkin emalı 220 milyon ton olub (+5.1). Hesabat dövründə Rusiyada avtomobil benzini istehsalı 28.6 milyon tona qədər azalıb (-1.3%). Dizel yanacağı istehsalı isə 7.6% artaraq, 57.7 milyon ton təşkil edib.

İlin 9 ayında Rusiya neft emalı zavodları 59.3 milyon ton mazut istehsal edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm