Dünya üzrə nəqliyyat vasitələrinin istehsal həcmi açıqlandı
Bizi izləyin

Ekopublika.az

Dünya üzrə nəqliyyat vasitələrinin istehsal həcmi açıqlandı

İlin ilk yarısında dünyada avtomobil istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 45 milyon 212 min 661 ədədə çatıb.

Publika.az xəbər verir ki, Beynəlxalq Avtomobil Nəqliyyat Vasitəsi İstehsalçıları Dərnəyi bu barədə məlumat yayıb. Qurumdan bildirilib ki, keçən ilin yanvar-iyun ayında 43 milyon 668 min 678 olan nəqliyyat istehsal edilib.

İstehsalı ən çox artan minik avtomobilləri olub - 3,9 faiz. Avtomobil qrupu 33 milyon 895 min 253 ədədlə cəmi istehsalın 75 faizini təşkil edib. Yüngül ticari vasitə istehsalındakı artım 2,9 faiz reallaşıb. Bu dövrdə avtomobil fabrikləri 9 milyon 217 min 629 yüngül ticari vasitə çıxardıb.

İstehsal həcmi 1,5 faiz artan iri nəqliyyat vasitələri isə 1 milyon 958 min 113 ədədlə üçüncü sırada yer alıb.

Son sıradakı avtobus qrupunun istehsal miqdarında 12 faiz eniş qeydə alınıb. Bu dövrdə istehsal edilən avtobus və mikroavtobusların sayı 141 min 666 ədəb olub,

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm