Əməkhaqqı 6 faiz artıb
Bizi izləyin

Ekopublika.az

Əməkhaqqı 6 faiz artıb

Yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5.9 faiz artaraq 440.9 manat təşkil edib.

Publika.az xəbər verir ki, sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əməkhaqqı daha yüksək olub. Yanvar-avqust ayları ərzində sənayedə çalışanların orta aylıq əməkhaqqı 703.7 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 627.2 manat, nəqliyyat sahəsində işləyənlərin orta aylıq əmək haqqı 541.3 manat, informasiya və rabitə sektorunda isə 720.5 manat təşkil edib. Əmək haqqı neft sektorunda 1746.3 manat, qeyri-neft sektorunda 407.9 manat, dövlət bölməsində 356.3 manat, özəl bölmədə 565.5 manat olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm