Neft Fondu nə qədər xərcləyib?
Bizi izləyin

Ekopublika.az

Neft Fondu nə qədər xərcləyib?

Neft Fondu 2014-cü il büdcəsinin icrası çərçivəsində 7 399,7 milyon manat vəsaiti dövlət büdcəsinə transfer edib.

Publika.az-a fonddan verilən məlumata görə, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 254,2 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 24,8 milyon manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə 47,5 milyon manat vəsait ayrılıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 18 milyon manat vəsait yönəldilib. “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri üzrə yaradılmış səhmdar cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi məqsədilə 40,0 milyon manat, “STAR” neft emalı kompleksinin tikintisi üçün isə 223,5 milyon manat vəsait ayrılıb. 2014-cü ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 33,5 milyon manat təşkil edib.

2014-cü ilin 9 ayı ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar xərcləri 962,7 milyon manat olub. O cümlədən qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 3,7 milyon manat, ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutaların dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar xərcləri 966,4 milyon manat təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm