Neft Fondunun aktivləri cəmi 4 faiz artıb
Bizi izləyin

Ekopublika.az

Neft Fondunun aktivləri cəmi 4 faiz artıb

Yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun büdcə gəlirləri 10 131,9 milyon manat, büdcə xərcləri isə 8 041,2 milyon manat təşkil edib.

Publika.az xəbər verir ki, hesabat dövründə Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 969,6 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 9 947,8 milyon manat, tranzit gəlirləri 6,8 milyon manat, bonus ödənişləri 13,3 milyon manat, akr hesabı ödənişlər 1,7 milyon manat olub.

Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 162,3 milyon manata çatıb. 2014-cü il oktyabrın 1-ə isə fondun aktivləri 2014-cü ilin əvvəlinə (35 877,5 milyon ABŞ dolları) nisbətən 3,98% artaraq, 37 305,3 milyon ABŞ dollarına bərabər olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm