İlin sonuna ümumi daxili məhsul istehsalı 59 milyard manat olacaq
Bizi izləyin

Ekopublika.az

İlin sonuna ümumi daxili məhsul istehsalı 59 milyard manat olacaq

Makroiqtisadi pronozlara əsasən, 2014-cü il üzrə ümumi daxili məhsul istehsalı 59,0 milyard manat təşkil edəcək. Bu da 3,6 faiz real artım deməkdir.

Publika.az xəbər verir ki, bu barədə 2014-cü ilin makroiqtisadi proqnozlarında deyilir. Bildirilir ki, neft sektoru üzrə ÜDM-in həcminin az proqnozlaşdırılmasına rəğmən, qeyri-neft sektorunda 8,1 faiz həddində artım gözlənilir.

ÜDM-in sahələr üzrə gözlənilən artım sürətinə gəlincə, tikintidə 12, məhsulda və xalis vergilərdə 8,2, qeyri-neft sənayesi üzrə 7,3, xidmətlərin istehsalı üzrə 6,9 ,kənd təsərrüfatı üzrə -0,8, neft və qaz sənayesi üzrə -2,7 faiz olacaq.

İlin sonuna kapitala yönəldilən ümumi investisiyaların həcminin 18,9 milyard manat olacağı proqnozlaşdırılır. Əsas kapitala yönəldilən ümumi investisiyaların 5,7 milyard manatının neft sektoruna, 13,1 milyard manatının isə qeyri-neft sektoruna yönəldilməsi nəzərdə tutulur.

Özəl sektorun ÜDM-də payı 83,0 faiz həddində nəzərdə tutulur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm