Ukrayna Slovakiyadan və Polşadan 571.6 milyon kub metr qaz idxal edib
Bizi izləyin

Ekopublika.az

Ukrayna Slovakiyadan və Polşadan 571.6 milyon kub metr qaz idxal edib

Ukrayna oktyabrın əvvəlindən Slovakiyadan və Polşadan 571.6 milyon kub metr qaz idxal edib.

Publika.az xəbər verir ki, xüsusilə 20 oktyabra Ukrayna Slovak tranzit dəhlizi ilə 28.3 milyon kub metr, Polşadan isə – 2.7 milyon kub metr mavi yanacaq idxal edilib.

Yeraltı qaz anbarları Avropa operatorlarının Assosiasiyasına görə, 9 oktyabr tarixinə Ukraynanın yeraltı qaz anbarlarında 16.72 milyard kub metr qaz var. Eyni zamanda, ”Qazpromun” məlumatına görə, onların təxminən 5 milyardı buffer qazıdır ki, onuda istifadə etmək olmaz.

Rusiya tərəfinin hesablamalarına görə, qış istilik mövsümünün normal keçməsi üçün, Ukraynaya öz yeraltı qaz anabarlarında 18-20 milyard kub metr qazın olması vacibdir.

Öz növbəsində, Avropa Komissiyasının enerji üzrə vitse-prezidenti Günter Ettinqer bildirib ki, Ukraynanya qış mövsümü üçün 10-12 milyard kub metr qaz lazımdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm