Qadınlarda geri qaytarmaq, kişilərdə sədaqət hissi yüksəkdir
Bizi izləyin

Ekopublika.az

Qadınlarda geri qaytarmaq, kişilərdə sədaqət hissi yüksəkdir

V1Y.com internet alış-verişləri ilə bağlı araşdırma hazırlayıb.

Bu araşdırma maraqlı faktları ortaya qoyub. Araşdırmaya əsasən, qadın və kişilərin alver vərdişlərində əhəmiyyətli fərqliliklər var. Belə ki, qadınlar dəbi kişilərlə müqayisədə daha yaxından izləyir, davamlı şəkildə yeni markalar, yeni seqmentlər, yeni rənglər seçirlər. Buna rəğmən, qadınlar arasında aldığı malı geri qaytarmaq halları daha yüksəkdir, kişilərdə isə brendə sədaqət hissi güclüdür.

Qadınlar ən yaxşı “ov”un arxasınca düşürlər

Səbətdə məhsul buraxma nisbətlərinin də qadınlarda kişilərə nisbətən daha çox olduğu irəli sürülür. Real həyatda səsləndirilən “ovçu kişi, yığıcı qadın” bənzətməsi internet alış-verişlərində də özünü göstərir. Qadınlar ən yaxşı “ovu” tapana qədər səylərini davam etdirirlər.

Gecə yarısı ən çox çamadan satılır

Qadınların internet vasitəsilə kosmetika alışlarında əsasən göz üçün makiyaj qələmi üstünlük təşkil edir.

Bayramlarda alış-veriş son ana buraxılır.
Çamadanlar ən çox gecə 24.00 - 02.00 arasında satılır.

Kosmetika kateqoriyası üzrə araşdırma burada kişilərin tədricən qadınlara yaxınlaşdığını göstərir. Əvvəllər kişilər ancaq ətir alırdılarsa, indi saç dibinin möhkəmləndirici kremi kimi çox müxtəlif kosmetik məhsullar da istehlak edirlər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm