9,5 milyard dollarlıq müqavilələr
Bizi izləyin

Ekopublika.az

9,5 milyard dollarlıq müqavilələr

“Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi və Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi çərçivəsində indiyədək ümumi dəyəri 9,5 milyard dollar olan müqavilələr bağlanıb”.

Publika.az-ın məlumatına görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib. O qeyd edib ki, təkcə bu il “Şahdəniz-2″ layihəsi çərçivəsində 4,5 milyard dollar xərclənib və bu vəsaitin böyük hissəsi Azərbaycandakı müqavilələrin payına düşür:

“Şahdəniz”in işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatına 2018-ci ildə başlamaq planlaşdırılır. Biz bunun üzərində işləyirik. Tikinti işləri 5 il ərzində həyata keçiriləcək və biz bu işləri vaxtında və uğurla başa çatdıracağıq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm