Əfqanıstanda tiryək plantasiyasında 410.000 adam işləyir
Bizi izləyin

Hesabat

Əfqanıstanda tiryək plantasiyasında 410.000 adam işləyir

Əfqanıstanın tiryək istehsalı bu il ən pik nöqtəyə yüksəlib.

Publika.az-ın məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının hesabatında bildirilib.

BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsinin (UNODC) yaydığı hesabata əsasən, Əfqanıstanın tiryək istehsalı ötən ilin istehsalından 17 faiz daha çoxdur və təxminən 6.400 ton təşkil edir.

Hesabatda bildirilib ki, tiryək istehsalı üçün istifadə olunan torpaq sahəsi bu il 7 faiz artaraq 224.000 hektar olub.

Təhlilçilər bildirirlər ki, dünyada istehsal edilən tiryəkin 80 faizi Əfqanıstanın payına düşür. Qeyri-qanuni narkotik alverindən Taliban qiyamçıları bəhrələnir. Ümumiyyətlə narkotik alveri Əfqanıstanın ümumdaxili məhsul istehsalının 20 faizini təşkil edir. Bu sahədə 410.000-dən artıq insan işləyir.

Wall Street Journal-ın məlumatına əsasən, bu il duru tiryəkin 1 kilosu 114 dollar dəyərindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm