Digər
İspaniyaya birbaşa aviareys açılacaq
2015-ci ildə Azərbaycanla İspaniya arasında birbaşa hava əlaqəsinin yaradılması planlaşdırılır.
Trend İspaniyanın EFE agentliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Barselonada EİBTM beynəlxalq turizm sərgisində deyib.
Nazir müavini bildirib: "Hazırda Madridlə Bakı arasında birbaşa müntəzəm aviareyslərin açılması məsələsi üzrə danışıqlar yekunlaşma mərhələsindədir".
Onun sözlərinə görə, hava reysinin açılması gələcəkdə turst axınının artmasına və iki ölkə arasında biznesin stimullaşdırılmasına təkan verəcək.
N.Səmədov qeyd edib ki, çoxsaylı ispan tursitlərin cəlb edilməsində başlıca əngəl İspaniyada Azərbaycanın əhəmiyyətli dərəcədə tanınmamasıdır.
Nazir müavini bildirib ki, bu istiqamətdə Bakının kommersiya fəaliyyətinin artırılması lazımdır.
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub